BAKI, 5 iyun — Sputnik. Rusiya özünün müdafiə sənayesini Şimali Atlantika Alyansı ölkələrindən daha sürətlə gücləndirib. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq "Sky News" telekanalına müsahibəsində bildirib.
Baş katib qeyd edib ki, Rusiya müdafiə sənayesinin güclənməsi alyans ölkələrinin gözlədiyindən daha tez baş verib.
"Bu, doğrudur ki, Rusiya özünün müdafiə sənayesini gözlədiyimizdən də tez gücləndirməyi bacardı", - Stoltenberq bildirib.
Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin Rusiyanın hərbi istehsalını əhəmiyyətli dərəcədə artırdığını bildirmişdi. ABŞ rəsmiləri qeyd ediblər ki, bu, Ukrayna münaqişəsi kontekstində NATO üçün baha başa gələn problem ola bilər.
Mayın əvvəlində Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Moskva Vaşinqtonun qeyri-dost hərəkətlərinə cavab olaraq orta və daha qısa mənzilli raket sistemlərinin istehsalına başlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.