RUSİYA

Rusiyalı Oleq Kononenko kosmosda 1000 gün qalan ilk insan oldu

Kosmonavtlar korpusunun komandiri hazırda beşinci kosmik uçuşunu həyata keçirir.
Sputnik
BAKI, 5 iyun — Sputnik. Rusiyalı Oleq Kononenko kosmosda 1000 gün qalan dünyanın ilk kosmonavtı olub. Bu barədə "Roskosmos"un saytında xəbər verilib.
Bu gün, iyunun 5-də Bakı vaxtı ilə saat 01:20-də kosmosun insan tərəfindən tədqiqi tarixində yeni rekord qeydə alınıb.
Qeyd edək ki kosmonavtlar korpusunun komandiri hazırda beşinci kosmik uçuşunu həyata keçirir.
Hələ fevralın 4-də Kononenko 1998-2015-ci illər ərzində kosmosda ümumilikdə 878 gün, 11 saat, 29 dəqiqə və 48 saniyə keçirmiş rusiyalı kosmonavt Gennadi Padalkanın rekordunu qırıb.
Rusiyalının iyun ayında kosmosda 60 yaşını qeyd edəcəyi gözlənilir. Beynəlxalq Kosmik Stansiyada (BKS) bir il davam edən ekspedisiyasının sonunda isə onun ümumi uçuş müddəti 1110 gün olacaq.
Bundan əvvəl "Roskosmos" dövlət korporasiyası kosmonavtlar korpusu üçün dörd namizəd seçib. Yaxın vaxtlarda namizədlər Anastasiya Burçuladze, Elçin Vahidov, Vladimir Vorojko və Aleksandr Jerebtsov iki il davam edəcək ümumi kosmos hazırlığına başlayacaq və daha sonra dövlət imtahanından keçəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.