"Bunu Ermənistan rəsmiləri gözəl başa düşür. Ermənistan konstitusiyasında göstərilir ki, Qarabağ referendum keçirilməsi yolu ilə Ermənistana birləşdirilə bilər. Belə bir müddəanın təsbit olunduğu konstitusiya fonunda sülh müqaviləsi necə imzalansın. Sabah Ermənistanda hakimiyyət dəyişsə və yeni hakimiyyətin konstitusiyanın bu sarsaq müddəasını icra etmək xəyalına düşməyəcəyinə kim qaranatiya verə bilər? Bu baxımdan Azərbaycanın tələbi odur ki, Ermənistan tək hakimiyyət yox, həm də kontitusion olaraq Qarabağa olan iddialarını aradan qaldırsın. Bunun yolu isə konstitusiya dəyişilikləri üçün referendumun keçirilməsidir".
"Digər bir səbəb delimitasiya və demarkasiya prosesində kəndlərin qeyd-şərtsiz qaytarılması məsələsidir. Eyni zamanda Azərbaycan konstitusiyasında göstərilir ki, müasir Azərbaycan dövlət Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Lakin bu o demək deyil ki, bizim Ermənistana ərazi iddialarımız var. Azərbaycan sülhə sabitliyə tərəfdardır. Rəsmi Bakı dəfələrlə sülhün formulunu təqdim edib. Hətta müxtəlif güc mərkzələri də son dövrlər sülh istiamətində atılan addımları alqışlarla qarşılayırlar. Bu baxımdan sülh üçün addımların daha inamlı atılmasına ehtiyac var".