BAKI, 5 iyun — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib ki, Aİ-nin monitorinq missiyası Ermənistanda Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır.
Qaluzin Ermənistan rəhbərliyinin "dövlətin sərhədlərini heç də qorumayan, lakin "monitorinq" adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət etməyi seçməsindən təəssüfləndiyini bildirib.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Avropa İttifaqı Xarici İşlər Şurası Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən "mülki missiyasını gücləndirmək məqsədilə" oradakı əməkdaşların sayını 138-dən 209 nəfərə artırıb. Qeyd edək ki, 2022-ci ilin oktyabrında regiona gələn Aİ missiyasının mövcudluğu ilə bağlı Azərbaycan tərəfinin sualları var. Bu əsasən missiyanın tərkibindəki şəxslərin keçmiş fəaliyyətləri və onların hazırda bölgədə icra etdikləri missiya ilə bağlıdır.
Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a bildirir ki, Ermənistanda Aİ mülki təmsilçilərinin fəaliyyətinin qarşısının alınması üçün Rusiya XİN rəsmisinin adlarını çəkdiyi region ölkələri qarşılıqlı addımlar atmalıdır.
Onun sözlərinə görə, əslində Aİ-nin mülki təmsilçiləri bölgədə kəşfiyyat məlmatlarının toplanması ilə məşğuldur:
Politoloq qeyd edir ki, artıq Qərb tərəfindən region ölkəsi olan Gürcüstan sanksiyalarla təhdid edilir:
"Qərb Gürcüstanla yanaşı Ermənistandan istifadə edərək bölgədə konfiqurasiyanı dəyişmək istəyir. Çünki Ermənistan siyasi iqtidarı ABŞ-ın dəstəyilə hakimiyyətə gəlib. Bu komandanın qarşısında dayanan əsas vəzifələrindən biri Qərb maraqlarının təmin edilməsidir".
Elşən Manafov ABŞ prezidenti Co Baydenin Azərbaycan prezidentinə ünvanladığı məktuba diqqət çəkib. Politoloq qeyd edir ki, burada ABŞ-ın Azərbaycana olan təhdid ampluasının elementləri var:
Politoloq hesab edir ki, yaranmış şəraitdə Qərb casusluq şəbəkəsinə qarşı adı çəkilən region ölkələri koordinasiya edilmiş və əməkdaşlıq müstəvi üzərində qurulmuş siyasətin həyata keçirilməsinə çalışacaqlar:
"Çünki bəlli təhdid və təzyiqlər suverenliyi təhdid edən ciddi geosiyasi faktora çevrilə bilər. İstisna etmirəm adıçəkilən ölkələrin xüsusi xidmət orqanları məlum təhdidlərin qarşısının alınması üçün əməkdaşlıqlarını genişləndirəcəklər".
Aİ missiyasının ilk gündən regionda fəaliyyəti Azərbaycan tərəfindən isti qarşılanmayıb. Missiyanın fəaliyyət sərhədləri kağız üstündə müəyyən edilsə də, onların gerçəkdə hansı vəzifələri icra etməsi qaranlıq olaraq qalır. Mütəmadi olaraq Azərbaycan sərhədinə gələn missiya nümayəndələrinin durbinlə baxaraq Azərbaycan mövqelərində nə görmək istədikləri, nəyi qeydə almaq istədikləri isə maraqlıdır.
Hər bir halda Rusiya XİN rəsmisinin xəbərdaredici açıqlaması diqətdənkənar qalmayacaq. Azərbaycan-Ermənistan sərhədində aylardır davam edən stabillik şəraitində və sərhədlərin delimitasiya porsesində müşahidə edilən müsbət dinamika fonunda bölgəyə yerləşdirilmiş Aİ missiyasının da mövcudluğu ilə bağlı məsələlər həllini tapmalı olacaq.