BAKI, 5 iyun - Sputnik. Azərbaycan Ordusunun hərbi qulluqçusu təlim zamanı həlak olub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik", - Nazirlikdən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyib.
Allah rəhmət eləsin!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.