BAKI, 5 iyun — Sputnik. Rusiya biznesi Qərbdən fərqli olaraq afrikalı tərəfdaşlarla münasibətləri bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında qurur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosunun efirində bildirib.
Diplomat qeyd edib ki, Afrikadakı Rusiya şirkətləri Qərb şirkətləri ilə müqayisədə fərqli davranırlar:
"Münasibətlər bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsipləri üzərində qurulub. Afrika qitəsinə gələn biznesimiz, şirkətlərimiz, müəssisə və qurumlarımız təkcə məqsədyönlü infrastruktur layihəsini inkişaf etdirmir, böyük perspektivlər görürlər. Addımlarımız humanitar sahədə qarşılıqlı zənginləşmə üçün bir fürsətdir".
Zaxarova vurğulayıb ki, Rusiya şirkətləri müstəmləkə keçmişlərini nəzərə alaraq Afrika ölkələrinin inkişafı ilə məşğuldurlar. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, müasir dövrdə Qərb hələ də Afrika dövlətlərinə, xüsusən də faydalı qazıntılarla zəngin olan dövlətlərə münasibətdə müstəmləkəçi yanaşma tətbiq etməyə çalışır. Yerli ekspertlər deyir, geoloji kəşfiyyat, mədən, emal, ticarətlə məşğul olan fransızlar xarici ölkədə olsalar da, yerli tərəfə yer təkini tədqiq edərkən nə əldə etmələri barədə məlumat vermirlər.
"Bu təkcə kommersiya niyyəti, öz iqtisadi təhlükəsizliyinin elementi ilə bağlı deyil, onların nəzərində "A" kateqoriyasına aid olmayan ölkələrə, xalqlara qarşı alçaldıcı münasibət elementi var. Onların fikrincə, yerlilər sadəcə xidmət etməklə kifayətlənməlidirlər" - Zaxarova qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.