SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İrəvan və Bakı konstitusiyalar üzrə bir-birindən narazıdırlar - Mirzoyan

Mirozyan qeyd edib ki, Ermənistan Konstitusiyasında dəyişikliklər 2018-ci ildən müzakirə edilir və bu müzakirələrin Azərbaycanın tələbləri ilə diktə edildiyini iddia etmək kökündən yanlışdır.
Sputnik
BAKI, 4 iyun — Sputnik. Ermənistan və Azərbaycan öz konstitusiyalarında qarşılıqlı problemləri dilə gətiriblər və bu problemlər uzunmüddətli sülhə maneədir. Bunu Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2023-cü il büdcəsinin icrasına dair dinləmələrdə deyib.
Lakin bu o demək deyil ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsi Azərbaycanla danışıqların predmetidir, nazir əlavə edib.
Mirozyan qeyd edib ki, Ermənistan Konstitusiyasında dəyişikliklər 2018-ci ildən müzakirə edilir və bu müzakirələrin Azərbaycanın tələbləri ilə diktə edildiyini iddia etmək kökündən yanlışdır: "Bu, Ermənistanın daxili işidir".
Xatırladaq ki, 2024-cü il yanvarın 19-da baş nazir Nikol Paşinyan ölkəni yeni şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli edəcək yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirmişdi. Fevralın 1-də İctimai Radioya müsahibəsində Baş nazir faktiki olaraq yeni Konstitusiyada Müstəqilliq haqqında bəyannaməyə heç bir istinadın olmaması lazım olduğunu açıqlayıb. Əgər Ermənistanın siyasəti Müstəqillik Bəyannaməsinə, "Dağlıq Qarabağ"ın Ermənistan Respublikasının birləşdirilməsinə əsaslanırsa, o zaman müharibə başlayacaq və heç vaxt sülh olmayacaq. Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər.