BAKI, 4 iyun — Sputnik. Qazaxıstan parlamentinin aşağı palatasının sədri Erlan Koşanov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin ərazisindən hərbi yüklərin daşınmasının qanunvericiliklə təmin edilməsini vacib sayır.
Koşanov bunu Almatıda keçirilən KTMT Parlament Assambleyası Şurasının iclasında deyib.
Qeyd olunur ki, Koşanov həmkarlarına KTMT-də Qazaxıstanın təşəbbüslərini dəstəklədiklərinə görə təşəkkür edib. Vurğulayıb ki, qurum yarandığı gündən öz aktuallığını və səmərəliliyini nümayiş etdirib.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sədrliyi ilə keçirilən iclasda kollektiv təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri, həmçinin Parlamentlərin yaxınlaşması və KTMT-yə üzv dövlətlərin 2021-2025-ci illər üçün qanunvericilik fəaliyyətlərinin uyğunlaşdırılması üzrə Parlament Assambleyasının fəaliyyət proqramına dəyişikliklər müzakirə olunur.
Bundan əvvəl Volodin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.