BAKI, 3 iyun — Sputnik. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Bolqarıstana səfəri insidentlə başlayıb. Bolqarıstanın Plovdiv şəhərində sakinlər siyasətçini fit və Rusiya bayraqları ilə qarşılayıblar.
Bu barədə “aif.ru” saytı məlumat verib.
Yerli sakinlər fon der Lyayenin çıxış etdiyi Antik Teatrın qarşısına toplaşıblar. Onlar özləri ilə Rusiya bayrağı və xüsusi hərbi əməliyyatın simvollarını gətiriblər, əllərində isə “NATO-ya yox!” və "Von der Lyayen Avropanı öldürür" yazılmış plakatlar olub.
Toplaşanlar almanca “Sizi burada görməyimizə heç də sevinmirik” qışqırıblar.
Xatırladaq ki, fevral ayında Ursula fon der Lyayen ikinci müddətə namizəd olmaq üçün "lazımi qədər götür-qoy etdiyini və şüurlu" qərar verdiyini söyləyib.
O, çıxışında ilk dəfə 5 il əvvəl Aİ-nin rəhbəri olmaq qərarına gəldiyini xatırladıb. Onu da qeyd edək ki, Aİ rəsmilərinin özləri də Avropa Komissiyasının sədrinin ikinci müddətə yenidən seçiləcəyinə şübhə ilə yanaşırlar.