BAKI, 3 iyun - Sputnik. "Qarabağ" tarixində 20-ci titulu qazanıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, Ağdam klubu buna Azərbaycan Kubokunu qazanmaqla nail olub.
Qurban Qurbanovun yetirmələri finalda "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib.
"Qarabağ" 8-ci dəfə ölkə kubokunu qazanmaqla həm də 6-cı dəfə "qızıl dubl"a imza atıb. Hər iki göstəricidə özünün sahib olduğu rekordu yeniləyən Ağdam təmsilçisi tarixində yubiley titulunu əldə edib.
Hesabında 11 çempionluq (1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023, 2023/24) və 8 kubok (1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/24) olan "Qarabağ" 1993-cü ildə Superkuboka da sahib çıxıb. Ağdamlılar titul sayında da Azərbaycan rekordunu yeniləyib.
02.06.24
Futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub. Bu gün “Liv Bona Dea Arena”da keçirilən final matçında “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 42-ci dəqiqədə Olavio Juninyo açıb. 57-ci dəqiqə İsmayıl İbrahimli hesabı bərabərləşdirib. “Qarabağ”a kuboku qazandıran qola 62-ci dəqiqədə Abdullah Zubir imza atıb.
Bununla da Ağdam klubu 8-ci dəfə Azərbaycan Kubokunun qalibi olub.
02.06.24, 15:00
Bu gün Azərbaycan Kubokunda final oyunu keçiriləcək.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, "Liv Bona Dea Arena"da oynanılacaq matçda "Qarabağ" və "Zirə" komandaları üz-üzə gələcək.
Qarşılaşma saat 20:00-da start götürəcək.
Paytaxt və bölgə təmsilçilərinin ölkə kubokunda yolu yalnız bir dəfə kəsişib. Həlledici görüşdə "Neftçi" və "Qəbələ" üz-üzə gəlib. İki il əvvəlki finalın 120 dəqiqəsi qollu heç-heçə ilə bitib və mükafatın sahibi penaltilərlə müəyyənləşib.
Matçın 102-ci dəqiqəsində "Qəbələ"dən İsnik Alimi penaltini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb – 1:0. Oyunda başqa qol olmayıb və "Qəbələ" Azərbaycan kubokunun sahibi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.