DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan polisi arxiyepiskopa xəsarət yetirib, etirazçılar saxlanılıb

İrəvanda etiraz aksiyaları zamanı polislə etirazçılar arasında toqquşma olub.
Sputnik
BAKI, 31 may - Sputnik. Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında saxlanılan etirazçıların sayı 26 nəfərə çatıb.
Bu barədə Sputnik Ermənistan Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
“News.am” polis rəisi Aram Ovannisyana istinadən bildirib ki, İrəvanda polislə etirazçılar arasında toqquşma zamanı üç polis yaralanıb.
Bundan əvvəl İrəvanda xüsusi təyinatlı polis qüvvələrinin arxiyepiskop Baqrat Qalstanyana zərbələr endirdiyi barədə xəbər yayılıb. Üstəlik bir neçə din xadimi saxlanılıb.
Günorta saatlarında Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb. Buradakı aksiyanı işıqlandıran bəzi jurnalistlərin döyüldüyü bildirilir.
Məlumata görə, polis etirazçıları saxlayır və xəbərdarlıq olaraq binanı bağlayan bəzi təhlükəsizlik qüvvələri qalxanları döyəcləyirlər.
“Vətən uğrunda Tavuş” hərəkatının üzvləri bundan əvvəl xarici işlər naziri Ararat Mirzoyanla görüş tələb ediblər. XİN-dən bildiriblər ki, hazırda onları qəbul edə bilmirlər.
***
Ermənistanın paytaxtı İrəvanın mərkəzində müxalif “Vətən uğrunda Tavuş” hərəkatının təşkil etdiyi etiraz aksiyası başlayıb.
Sputnik Ermənistan-ın yaydığı məlumata görə, hazırda İrəvanda arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə yürüş keçirilir.
İştirakçılar baş nazir Nikol Paşinyanın istefaya göndərilməsini, həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə son qoyulmasını tələb edirlər.