BAKI, 30 may — Sputnik. Xüsusi hərbi əməliyyatın döyüşçüləri Rusiyanın həqiqətini və suverenliyini müdafiə edir, ölkənin əsl dayağı və zirehidir. Bu sözləri Rusiya prezidenti Vladimir Putin dövlət mükafatlarının təqdimetmə mərasimində deyib.
"Biz ciddi sınaqlardan keçirik, həqiqəti, ədaləti, Rusiyanın suverenliyini və xalqımızın öz müqəddəratını təyin etmək hüququnu müdafiə edirik. Siz Rusiyanın əsl dayağı və zirehisiniz, qaliblər nəslinin cəsarətinə və qardaşlığına əməl edirsiniz", - Putin qeyd edib.
Rusiya lideri 100 yaşı tamam olmuş Böyük Vətən Müharibəsi veteranı İbrahimpaşa Sadıkovun da Senat sarayının Yekaterina zalında olduğuna diqqət çəkib.
O, gənc ikən könüllü olaraq cəbhəyə yollanıb və bütün müharibəni keçib", - deyən prezident bildirib: "Hörmətli veteranımız əsl qafqazlı uzunömürlüdür və qəhrəmanlığın xatirəsini yaşatmaq üçün çox işlər görüb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.