BÖLGƏ

II Qareginlə bağlı baş verən qalmaqal böyüyür: Rusiya Erməniləri İttifaqı bəyanat yaydı

Mayın 28-də Ermənistan polisi Erməni Apostol Kilsəsinin rəhbəri və onu müşayiət edən ruhanilərin yolunu kəsib.
Sputnik
BAKI, 29 may — Sputnik. Rusiya Erməniləri İttifaqı (RİB) bütün ermənilərin katolikosu II Qareginin Sardarapat memorial kompleksinə girişinə qadağa qoyulması ilə bağlı insidentin müstəqil araşdırılmasını tələb edir. Bu barədə ittifaqın bəyanatında deyilir.
Mayın 28-də Ermənistan polisi Erməni Apostol Kilsəsinin rəhbəri və onu müşayiət edən ruhanilərin yolunu kəsib. Buna baxmayaraq katolikos memorial kompleksə gedərək dua ibadətinə nail olub.
"Bu, protokol, hüquq, əxlaq və mənəvi normaların kobud şəkildə pozulması deyil, həm də dövlətin suveren əsaslarına, xalqımızın ideoloji və ənənəvi dəyərlərinə qəsd elementidir" - bəyanatda bildirilir.
İttifaq Ermənistan hakimiyyətini, erməni kilsə və yeparxiyalarının rəhbərlərini, Ermənistanın siyasi və ictimai təşkilatlarını baş verənlərə öz münasibətini açıq şəkildə bildirməyə çağırıb. Təşkilat siyasi qərarı verən mənbənin müəyyən edilməsini və səlahiyyətlərini aşan hüquq-mühafizə orqanlarının nümayəndələrinin məsuliyyətə cəlb edilməsini zəruri hesab edir.
Bu hadisə artıq Kilikiyanın Böyük Evinin katolikosu I Aram, ictimai və siyasi xadimlər tərəfindən pislənib. Eçmiədzinin II Qareginin memorial əraziyə daxil olmasını qadağan etmək cəhdi hakimiyyətin biabırçı və antimilli fəaliyyətinin epizodu adlandırılıb.