BAKI, 28 may - Sputnik. Rusiya Əfqanıstanda yenidən hakimiyyətdə olan "Taliban"la tam hüquqlu əlaqələr qurmağa yaxındır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. Onun sözlərinə görə, əgər əvvəllər "Taliban" terrorçu hesab olunurdusa, indi Amerika hakimiyyəti terrorçuların ortağıdır.
Medvedev Rusiyanın qlobal terrorizmlə mübarizə üçün yeni alyans yaratmalı olduğunu söyləyib.
O, Amerika isteblişmenti Rusiya Federasiyasına hibrid müharibə elan etməkdə günahlandırıb. Qeyd edib ki, ABŞ Bandera hökumətini (Ukrayna hakimiyyəti-red) qidalandırır və maliyyələşdirir.
Medvedev Baydeni tarixə qəsdən düzəliş etməyə cəhd göstərməkdə günahlandırıb.
"Ən "odioz" rejimləri dəstəkləmək ABŞ üçün yaxşı nəticələnməyəcək" - Rusiyalı siyasətçi əlavə edib.