RUSİYA

Özbəkistan iqtisadiyyatının Aİİ-yə qoşulması bütün iştirakçılara fayda verəcək - Putin

Rusiya prezidenti deyib ki, Aİİ-nin yaradılması zamanı qarşılıqlı öhdəliklər və şərtlərlə bağlı çoxlu mübahisələr yaranıb. Özbəkistana münasibətdə isə proses sakit və ardıcıl gedir,
Sputnik
BAKI, 28 may - Sputnik. Özbəkistan iqtisadiyyatının Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması ilə bağlı danışıqlar prosesinin çətin olmasına baxmayaraq, bu, bütün iştirakçılar üçün faydalı olacaq.
Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Əgər Özbəkistan kimi bir iqtisadiyyat İttifaqa qoşulsa, məncə, bundan hamı faydalanacaq. Özbəkistan iqtisadiyyatının da öz bəhrəsini alması vacibdir. Amma bu, kifayət qədər mürəkkəb danışıqlar prosesindən keçir” - Putin Özbəkistana səfərin nəticələrinə dair keçirdiyi brifinqdə bildirib.
O əlavə edib ki, Aİİ-nin yaradılması zamanı qarşılıqlı öhdəliklər və şərtlərlə bağlı çoxlu mübahisələr yaranıb. Özbəkistanın timsalında isə proses sakit və ardıcıl gedir.
“İqtisadiyyatlarımız yaxınlaşır və inkişaf edir, bir çox birgə layihələr yaranır, gələcək əməkdaşlıq və inteqrasiya birliklərində iştirak sahəsində qarşılıqlı maraqların konturları tədricən formalaşır” - prezident qeyd edib.
Avrasiya İqtisadi İttifaqı (Aİİ) beynəlxalq hüquqi subyekt kimi regional iqtisadi inteqrasiya üzrə beynəlxalq təşkilatdır. Avrasiya İqtisadi İttifaqı 29 may 2014-cü il tarixli Müqavilə ilə yaradılıb.
Aİİ-nin üzvü olan ölkələr Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya Federasiyasıdır.