İQTİSADİYYAT

Aİİ-də Rusiya rublunda hesablaşmaların payı 81,3%-ə yüksəlib - AİK

ABŞ dollarında hesablaşmaların payı 26%-dən 11%-ə qədər azalıb, Qazaxıstan təngəsində hesablaşmaların payı isə 0,5%-dən 2,7%-ə qədər olaraq əhəmiyyətli dərəcədə artıb.
Sputnik
BAKI, 27 may — Sputnik. Avrasiya İqtisadi İttifaqında (Aİİ) Rusiya rublunda hesablaşmaların payı 81,3%-ə qədər yüksəlib. Bu barədə Avrasiya İqtisadi Komissiyası (AİK) məlumat verib.
2023-cü ildə mal və xidmətlərin idxalı və ixracı üzrə qarşılıqlı hesablaşmalarda Aİİ valyutalarında ödənişlərin payı 84,6%-ə yüksəlib. 2014-cü illə müqayisədə artım demək olar ki, 14 faiz bəndi təşkil edib.
Bundan əlavə, il ərzində Rusiya rublunda hesablaşmalar 4,1 faiz bəndi artıb. Aİİ-də digər valyutalarda hesablaşmaların payı 1,2 faiz bəndi artıb.
Eyni zamanda, ABŞ dollarında hesablaşmaların payı azalıb: 26%-dən 11%-ə qədər. Rusiya rublundan əlavə, təngədə hesablaşmaların payı ən nəzərəçarpacaq dərəcədə artıb: 0,5%-dən 2,7%-ə qədər.
Aİİ ölkələri ilə dünyanın digər ölkələri arasında hesablaşmalar da Rusiya rublu ilə həyata keçirilir. Onların ixrac üzrə ödənişlərdə payı 39,7% (2022-ci illə müqayisədə 10,5 faiz bəndi artım), idxal üzrə 31,2% (artım 0,9 faiz bəndi) təşkil edib.
Xatırladaq ki, Özbəkistan 2018-ci ildən etibarən Aİİ-də rəsmi müşahidəçi statusu alıb. Bu status ölkəyə təşkilatın tamhüquqlu üzvü olmasa da, ittifaqın fəaliyyətində iştirak etmək və onun işini müşahidə etmək imkanı verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.