BAKI, 25 may — Sputnik. Mayın 25-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 25-də kim anadan olub?
Georgi Qreçko (1931 - 2017) - Sovet kosmonavtı və iki dəfə Sovet İttifaqı Qəhrəmanıdır. O, ümumi müddəti 134 gün 20 saat 32 dəqiqə 58 saniyə olan üç kosmik uçuşu həyata keçirib.
Yan Makkellen (1939) ingilis aktyorudur. O, "İks adamlar", "Üzüklərin hökmdarı" və "Hobbit" kimi iri büdcəli beynəlxalq film layihələrində iştirakı sayəsində dünya şöhrəti qazanıb. Aktyor 70-dən çox teatr tamaşasında və 60 filmdə rol alıb.
Sir Ien Makkellen
© AFP 2024 / NIKLAS HALLE'N
Aleksandr Kalyagin (1942) - Sovet və Rusiya aktyoru, teatr və kino rejissoru, RSFSR xalq artistidir. O, Moskvanın "Et Cetera" teatrının yaradıcısı və bədii rəhbəri (1993-cü ildən), Rusiya Teatr Xadimləri İttifaqının sədridir (1996-2023).
Killian Mörfi (1976) - irlandiyalı aktyor və "Oskar" mükafatının qalibidir. O, "28 gün sonra", "Ayrılıq", "Gecə uçuşu" və s. filmlərdə rol alıb.
Killian Mörfi
© Richard Shotwell / Invision / AP
25 May tarixində dünyada baş verən tarixi hadisələr
1706-cı ildə Moskvada hərbi xəstəxana açılıb. Bu xəstəxana Rusiyada ilk dövlət tibb müəssisəsi olub (indiki N. N. Burdenko adına Baş Hərbi Klinik Hospitaldır).
1953-cü ildə ABŞ-da ilk və yeganə nüvə artilleriya sınağı keçirilib.
1979-cu ildə Çikaqoda "DC-10" təyyarəsi qəzaya uğrayıb. Bu qəzada ikisi Yerdə olmaqla 273 nəfər həlak olub.
2001-ci ildə amerikalı Erik Vayhenmayer Comolunqma zirvəsinə qalxan ilk kor insan olub.
2002-ci ildə Tayvan üzərində "Boeing 747" təyyarəsi qəzaya uğrayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.