DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Budapeşt Moskva ilə ən yüksək səviyyədə təmaslardan imtina etmək niyyətində deyil

Macarıstan hökuməti Rusiya Federasiyası ilə münasibətlərə tərəfdaşlıq kimi baxır.
Sputnik
BAKI, 25 may — Sputnik. Macarıstan hökuməti Rusiya ilə münasibətləri ümumi maraqlara əsaslanan tərəfdaşlıq kimi baxır.
İki ölkə arasındakı münasibətləri bu cür qiymətləndirən Macarıstanın Baş naziri ofisinin rəhbəri Gergey Quyaş jurnalistlər üçün keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
"Macarıstanın Rusiya ilə hazırkı münasibətlərini necə xarakterizə edə bilərsiz" sualına Quyaş iki ölkə arasındakı münasibətlərə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq kimi baxdığını qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib ki, Budapeşt Moskva ilə ən yüksək səviyyədə təmaslardan imtina etmək niyyətində deyil, ünsiyyət kanalları açıq olmalıdır. Diplomatın sözlərinə görə, Macarıstan hesab edir ki, ən çətin şəraitlərdə belə bir-biri ilə danışmağı bacarmaq lazımdır.
Bu yaxınlarda Macarıstanın Baş nazirinin siyasi müşaviri Balaj Orban Avropa İttifaqının (Aİ) rəhbərliyinin Budapeştə qarşı açıq təhdidlər səsləndirdiyini bildirib. Eyni zamanda o, Macarıstan iqtisadiyyatının səslənən təhdidlərə tab gətirəcək qədər güclü olduğuna da əminliyini ifadə edib.