BAKI, 24 may - Sputnik. Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov deyib ki, Kiyev Qərb himayədarlarının birbaşa təzyiqi altında sülh yolu ilə nizamlanma üçün istənilən konstruktiv beynəlxalq təşəbbüsləri əngəlləyir və bunun əvəzinə işlək olmayan “sülh düsturlarını” təkrarlayır.
Aleksandr Bortnikov cümə günü Bişkekdə MDB-yə üzv ölkələrin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının iclasında çıxış edib.
Bortnikovun sözlərinə görə, bundan əlavə, NATO ölkələrinin köməyi ilə dünyanın digər regionlarından terrorçuların kütləvi şəkildə Ukraynaya köçürülməsi davam edir və onların bir qismi MDB məkanında terrorizmin daha da genişlənməsi üçün istifadə olunur.
FSB direktoru vurğulayıb ki, Kiyev döyüş meydanında qarşısına qoyduğu məqsədə çatmaq üçün real imkana malik olmadığı üçün total terrora keçib, Rusiya regionlarında mülki əhalini və mülki infrastrukturu sistematik şəkildə atəşə tutur, həmçinin Rusiya Federasiyasının sərhədyanı ərazilərində təxribat hücumları həyata keçirir.
Bortnikov həmçinin qeyd edib ki, Kiyevin xüsusi xidmət orqanları sosial şəbəkələrdə ukraynayönlü millətçi birləşmələrin təbliğatı ilə gəncləri və yeniyetmələri fəal şəkildə terrorçuya cəlb edir.
O, həmçinin bildirib ki, Moskva yaxınlığındakı “Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı araşdırmalar davam edir:
"Lakin əminliklə deyə bilərik ki, Ukrayna hərbi kəşfiyyatı hücumla birbaşa bağlıdır".
Həmin iclasda Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin bildirib ki, cəbhədəki strateji təşəbbüsün Rusiyaya keçdiyini anlayan Qərb elitaları çaşqınlıq içində qalıblar.
Sergey Narışkin
© iamnews.ru
O, xatırladıb ki, il yarım ərzində Qərb siyasətçiləri “Rusiya Federasiyasının döyüş meydanında sözdə strateji məğlubiyyəti haqqında mızıldanıblar”.
Xarici Kəşfiyyat Xidmətinin direktoru Qərbin İsveçrədə çağırdığı Ukrayna üzrə konfransı yalnız sülh axtarışını imitasiya etmək və dünya ölkələrinin əksəriyyətinin Ukraynanın tərəfində olduğunu təsəvvür etmək cəhdi adlandırıb. Əslində, Narışkinin fikrincə, bu belə deyil və buna görə də ABŞ Böyük Cənub adlanan ölkələri perspektivsiz konfransda iştirak etməyə məcbur etməyə çalışır.
Bloomberg xəbər verib ki, ABŞ prezidenti Co Bayden, böyük ehtimalla, 15-16 iyunda İsveçrədə Ukrayna üzrə keçiriləcək konfransda iştirak etməyəcək. O, Kaliforniyada keçiriləcək öz seçki kampaniyası üçün vəsait toplama tədbirinini bundan üstün tutacaq. Agentlik mənbələrinin məlumatına görə, ABŞ-ın vitse-prezidenti Kamala Harris də İsveçrədəki konfransda iştirak etmək fikrində deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.