CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ailəli və uşağı olan qadınların işdən bir saat tez çıxması təklif olunur

Deputat bildirib ki, "qadınlar işdən gəldikdən sonra ev işləri və övladının dərsləri ilə məşğul olurlar. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmırlar.
Sputnik
BAKI, 24 may — Sputnik. Ailəli və uşağı olan qadınların işdən bir saat tez çıxması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.
Bu təkliflə Milli Məclisin deputatı Tahir Rzayev parlamentin mayın 24-də keçirilən plenar iclasında çıxış edib.
Tahir Rzayev
Onun sözlərinə görə, qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edirlər:
"İşdən gəldikdən sonra isə ev işləri və övladının dərsləri ilə məşğul olurlar. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmırlar. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən həyat yoldaşının qayğıları ilə lazımınca məşğul ola bilmir, təntiyir, yorulur, əldən düşürlər. Bəzi qadınlar Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür etmək elə də çətin deyil".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.