BAKI, 23 may — Sputnik. Vaşinqton Ermənistana dəstəyi necə artıracağını və onun istəklərini necə təmin edəcəyini anlamağa çalışır. Bunu ABŞ dövlət katibi Antoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
Onun sözlərinə görə, ABŞ Ermənistanla əməkdaşlığı gücləndirmək üçün nə edə biləcəyini araşdırır.
Blinken xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə üçtərəfli görüşündə məhz İrəvana yardım məsələsi müzakirə olunub.
ABŞ diplomatiyasının rəhbəri İrəvanla Bakı arasında mümkün sülh müqaviləsinin bağlanması məsələsinə də toxunub. O, sənədin imzalanacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, aprelin 5-də Brüsseldə baş nazir Nikol Paşinyan və ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş baş tutub. Aİ Ermənistana 270 milyon avro, ABŞ-a isə 65 milyon dollardan çox vəsait ayıracağına söz verib.