BAKI, 23 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin mayın 23-də Moskvada Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə ilə görüşüb. Danışıqlar zamanı dövlət başçısı iki ölkə arasında ticarət əməkdaşlığının inkişaf tendensiyalarının yaxşı olduğunu bildirib.
Bu barədə Rusiya mediası xəbər verib.
Vladimir Putin əlavə edib ki, hazırda investisiya əməkdaşlığı üçün daha əlverişli vəziyyət yaranır.
"Ticarət əlaqələrinin səviyyəsinə gəlincə, onlar, təəssüf ki, hələ də simvolik xarakter daşıyır, lakin tendensiyalar yaxşıdır" - Rusiya prezidenti deyib.
Xatırladaq ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, görüş məhdud tərkibdə keçirilir. Görüş zamanı siyasətçilər həmçinin müxtəlif sahələrdə Rusiya-Bəhreyn əməkdaşlığının vəziyyəti və imkanlarını, eləcə də beynəlxalq gündəmdəki aktual məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti də müzakirə edəcəklər.