AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Məhərrəm Əliyev vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olundan sonra Prezidenti Administrasiyasındakı bu post boş qalmışdı.
Sputnik
BAKI, 22 may — Sputnik. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Fərid Mirmufid oğlu Seyidov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, 2023-cü ilin dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyev vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.