BAKI, 21 may — Sputnik. Mayın 21-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 21-də kim anadan olub?
Tamilla Ağamirova (1928-2021) — Sovet və Rusiya teatr və kino aktrisası, RSFSR xalq artisti, Azərbaycan SSR əməkdar artistidir. Aktrisa Bakıda anadan olub. O, "Don Kixot", "Onun böyük ürəyi", "Əsl dost", "Koroğlu" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Tamilla Ağamirova
© Photo : Lenfilm / 1957
Lyubov Polişçuk (1949-2006) - Sovet və Rusiya teatr və kino aktrisası, RF xalq artistidir. O, filmlərdə kiçik, lakin diqqətçəkən rolları ilə "epizod kraliçası" kimi məşhurlaşıb. Aktrisa "12 stul", "Şirli-mırli" və s. filmlərdə rol alıb.
Lyubov Polişçuk
© Sputnik / Галина Кмит
Oleq Fomin (1962) - Sovet və Rusiya aktyoru, rejissordur. O, "Yolun başlanğıcı", "Xoşbəxtlik hüququ", "Kapitan" və s. filmlərdə müxtəlif rolları canlandırıb.
21 May tarixində dünyada baş verən tarixi hadisələr
1904-cü ildə Parisdə Avropanın yeddi ölkəsi - Fransa, Belçika, Danimarka, Hollandiya, İsveç, İsveçrə, İspaniya Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasını (FİFA) yaradıb.
FİFA
© Depositphotos.com / EA09
1928-ci ildə amerikalı Uolt Disney "Mikki Maus" obrazının monopol istifadəsi üçün patent alıb.
Mikki Maus geyimində performans, arxiv şəkli
© AFP 2024 / KAZUHIRO NOGI
1969-cu ildə Sovetin An-26 hərbi nəqliyyat təyyarəsi ilk uçuşunu həyata keçirib.
2002-ci ildə BMT Baş Assambleyası 21 may tarixini Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü elan edib.