BAKI, 20 may — Sputnik. Avropa güclü müdafiə sənayesinin qurulmasında ciddi problemlərlə üzləşir. Bu problemlər ölkələr arasında siyasi fikir ayrılıqları və ABŞ-ın dominantlığı ilə əlaqələndirilir.
Bu barədə Rusiya mediası "The New York Times" qəzetinə istinadən xəbər verib.
İsveçin silah istehsal edən "Saab" şirkətinin icraçı direktoru Mikael Yohansson hesab edir ki, Avropa İttifaqının (Aİ) hazırkı strategiyası "düzgün istiqamətdə gedir", lakin maliyyə ilə yanaşı, Aİ maddi-texniki və digər siyasi problemlərlə də üzləşir.
"Əgər sənayenin milyardlarla avro sərmayə qoymasını istəyirsinizsə, Avropa liderləri şirkətlərin istehsal məhsullarını almaq üçün uzunmüddətli öhdəlik götürməlidirlər" - Yohansson vurğulayıb.
Materialda həmçinin vurğulanıb ki, Avropada bir deyil, 27 hərbi-sənaye kompleksi var ki, bu da effektiv hərbi maşının qurulmasında çətinliklər yaradır. Fikir ayrılıqları hətta yeni tankların yaradılmasında kalibr seçiminə də aiddir, çünki müxtəlif ölkələr fərqli kalibrlərə üstünlük verir.
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ və Avropa İttifaqının cinayətkar Kiyev rejimini dəstəkləməklə "odla oynadığını" bildirib. Diplomat bu sözləri dronlardan istifadə edərək Rusiya ərazisinə növbəti hücum cəhdlərinin olamasına işarə edib.