BAKI, 18 may — Sputnik. Mayın 18-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 18-də kimlər anadan olub?
Ziya Şıxlinski (1951) - Azərbaycanın əməkdar incəsənət xadimi və kinorejissorudur. O, "Şopenin qayıtması", "8 dəqiqə yarımlıq düşüncə", "Doğma yeri yoxdur", "Həyatın mənbəyi" və s. sənədli filmləri çəkib.
Ziya Şıxlinski
© Photo : From the personal archive of Ziya Shiklinski
Ömər Xəyyam (1048-1131) - fars filosofu, riyaziyyatçısı, astronomu və şairidir. O, müxtəlif elm sahələrində fərqli əsərlər yaradıb. Onlardan "Novruznamə", "Elm-i Külliyyat", "Ziyc-i Məlikşahi" və digər əsərləri qeyd etmək olar.
II Nikolay Romanov (1868-1918) - sonuncu Rusiya imperatorudur (1894-1917). Onun hakimiyyəti dövrü Rusiyanın iqtisadi inkişafı və eyni zamanda ölkədə ictimai-siyasi ziddiyyətlərin artması, 1905-1907-ci illər inqilabı, Oktyabr və 1917-ci ilin Fevral inqilabları ilə nəticələnən inqilabi hərəkatla yadda qalıb.
II Nikolay Romanov
© Sputnik
Marina Kravets (1984) - Rusiyanın radio aparıcısı, müğənnisi, aktrisası və "Comedy Club"un üzvüdür.
Ebru Şahin (1994) Türkiyə aktrisası və müğənnisidir. O, "Hercai" serialında Reyyan rolunu canlandırdıqdan sonra şöhrət qazanıb. Aktrisa həmçinin "Əfsanə", "Yüz ilin möcüzəsi" və s. filmlərdə oynayıb.
18 May tarixində dünyada baş verən tarixi hadisələr
1804-cü ildə Napoleon Fransa imperatoru elan edilib.
1848-ci ildə Frankfurtda ilk ümumalman parlamentinin ilk iclası keçirilib.
1888-ci ildə ABŞ-da ilk dəfə qrammofon plastinkası nümayiş etdirilib.
1923-cü ildə fransız mühəndisi Antuan Barnay fırlanan diskli telefon üçün patent alıb.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Laçın rayonunu işğal edib. 2020-ci il dekabrın 1-də isə Vətən müharibəsi nəticəsində Laçın rayonu Azərbaycan Respublikasının nəzarətinə keçib.
1977-ci ildən Beynəlxalq Muzeylər Şurasının qərarı ilə Beynəlxalq Muzeylər Günü qeyd edilir.
2004-cü ildə Brüsseldə Ümumdünya Gömrük Təşkilatının qərargahının qarşısında "Dədə Qorqud" abidəsinin açılışı olub.