BAKI, 18 may - Sputnik. İslam bankçılığı üzrə pilot layihə Moskva, Moskva vilayəti və Sankt-Peterburq da daxil olmaqla bir sıra regionlara şamil edilməlidir. Bunu "Sberbank"ın baş vitse-prezidenti Oleq Qaneyev Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin “Rusiya - İslam Dünyası: KazanForum” forumunun kuluarlarında RİA Novosti-yə müsahibəsində bildirib.
“Əvvəla, müsəlmanların çoxluq təşkil etdiyi bölgələr, məsələn, Şimali Qafqaz respublikaları... Və, əlbəttə ki, pilot Moskva, Sankt-Peterburq və Moskva bölgəsini daxil etməlidir: Əhalisinin çoxluğuna görə burada bir çox müsəlman mütləq şəkildə yaşayır. Burada bizim böyük müştəri bazamız olacaq”, - deyə o bildirib.
Bundan əlavə, onun sözlərinə görə, təcrübəni Volqa bölgəsində, Uzaq Şimalda - "bir çox növbəli işçinin ənənəvi olaraq işlədiyi yerdə" genişləndirmək istəyi var.
“Eksperiment genişləndirilə bilər, qanunda müvafiq mexanizmlər hazırlanır”, - bank rəsmisi qeyd edib.
Bankın baş vitse-prezidenti onu da bildirib ki, İslam bankçılığı sahəsində kadr çatışmazlığı müşahidə edilir və bu sahədə işçilər hazırlanır
Qaneyevin sözlərinə görə, bütün bank işçiləri, əlbəttə ki, bu sahədə təlim keçirlər və ümumi və xüsusi biliklərə malik olmalıdırlar: məhsullar, xidmətlər və müştəri bazası.
“Yeri gəlmişkən, bizim auditoriyamız regiondan regiona görə fərqlənir – məsələn, Qafqazda tərəfdaşlığın maliyyələşdirilməsi seqmentində kiçik biznesin çoxlu nümayəndələri var", - o, əlavə edib.
Bundan əlavə, onun sözlərinə görə, etik maliyyə sahəsində çalışan işçilərin geyim forması da klassik formadan fərqlənir.
"Məsələn, qızlar başlarını örtüb uzun paltarda işləyirlər", - Qaneyev bildirib.
İslam bankçılığının tətbiqi üzrə iki illik təcrübə keçən il sentyabrın 1-də Dağıstan, Çeçenistan, Başqırdıstan və Tatarıstanda başlayıb.
Mayın 14-19-da Kazanda Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin “Rusiya - İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumu keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.