BAKI, 18 may - Sputnik. Ağdam “Qarabağ”ının qapıçısı Andrey Lunyov futbol üzrə Rusiya millisinin genişləndirilmiş heyətinə daxil edilib. Yığmanın baş məşqçisi Valeri Karpin iyunun 7-də Minskdə Belarus yığması ilə keçirəcəkləri yoldaşlıq görüşü üçün genişləndirilmiş heyəti müəyyənləşdirib.
Yığmada 33 futbolçu yer alıb ki, onların arasında Ağdam “Qarabağ”ının qapıçısı Andrey Lunyov də var. Onun son komanda siyahısına düşmək uğrunda rəqibləri Matvey Safonov (Krasnodar), Aleksandr Maksimenko (Spartak, Moskva), Yevgeni Latışonok (Baltika, Kalininqrad)dır. Xatırladaq ki, Lunev martda Serbiya (4:0) və Paraqvay komandaları ilə yoldaşlıq oyunları üçün Rusiya millisinin yekun heyətinə daxil edilib.
İlk oyunda qapıçı Matvey Safonov meydana çıxıb, ikinci oyunda isə Lunevdən istifadə edilməsi nəzərdə tutulub. Lakin Moskva vilayətində "Krokus"da baş verən terror aktı səbəbindən paraqvaylılarla matç baş tutmayıb.
Qeyd edək ki, Andrey Lunyovun "Qarabağ"la müqaviləsi cari mövsümün sonunda başa çatır. Klubla qapıçının gələcək əməkdaşlıq haqqında razılığa gəldiyi bildirilsə də, hələlik bu barədə rəsmi məlumat yoxdur.
Ağdam klubunun heyətində rusiyalı qolkiper vaxtından əvvəl Azərbaycan Premyer Liqasının qalibi olub. Bir gün əvvəl Moskvanın "Dinamo"sunun Lunevlə maraqlandığına dair xəbər də yayılsa da, qapıçının agenti Anton Smirnov heç bir klubdan təklif almadığını bildirərək bu xəbəri təkzib edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.