BAKI, 18 may - Sputnik. Rusiya Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı zorakılıqdan çəkinməyə çağırıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz Parisi etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə, Yeni Kaledoniyanın və onun nəzarəti altında olan digər xarici ərazilərin yerli əhalisinin hüquq və azadlıqlarına hörməti təmin etməyə çağırırıq”, - Zaxarovanın nazirliyin saytında dərc olunmuş müraciətində deyilir.
Diplomat əlavə edib ki, Moskva Yeni Kaledoniyadakı böhranı onun müstəmləkəsizləşdirilməsinin natamam prosesinin nəticəsi kimi qiymətləndirir və “Fransanın keçmiş müstəmləkələrinə, adı dəyişdirilərək xaricdəki ərazilərə qarşı siyasətinin dalana dirəndiyini” təsdiqləyir.
Yeni Kaledoniyada iğtişaşlar
© AFP 2024 / THEO ROUBY
Bazar ertəsi paytaxt Numeada keçirilən dinc nümayiş dükanların, apteklərin, yanacaqdoldurma məntəqələrinin və avtomobillərin yandırılması və talan edilməsi ilə qırğınlara çevrilib. Yüzlərlə insan, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb. İkisi jandarm olmaqla 5 nəfər həlak olub.
Yeni Kaledoniyada iğtişaşlar
© AFP 2024 / THEO ROUBY
Sakinlər Parisdə 10 ildən çox Yeni Kaledoniyada yaşayan insanlara yerli seçkilərdə iştirak etmək üçün səsvermə hüququ verən konstitusiya dəyişikliyinə etiraz edirlər. Etirazları adanın müstəqillik tərəfdarı olan yerli Kanaki xalqı təşkil edir və onlar adanın son 20 il ərzində oraya köçmüş bəzi Avropa əhalisinə səsvermə hüququ verilərsə, onların azlıqda qalacağından ehtiyatlanır.
Hazırda yalnız 1998-ci ildə Fransanın xaricdəki ərazisinə daha yüksək muxtariyyət verən Numea müqaviləsinin imzalanması zamanı seçicilər siyahısında olanlar və onların uşaqları səs vermək hüququna malikdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.