BÖLGƏ

Ermənistanda hakimiyyət yalnız demokratik yolla dəyişə bilər - Xandanyan

Baş nazirlə "Vətən uğrunda Tavuş" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan arasında görüş nəzərdə tutulmayıb.
Sputnik
BAKI, 17 may — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan və hakim "Vətəndaş müqaviləsi" partiyası onun istefası ilə bağlı məsələni heç kimlə müzakirə etmək niyyətində deyil, heç kim hökumətin legitimliyini şübhə altına ala bilməz.
Bunu mayın 17-də jurnalistlərə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim partiyadan olan deputat Sarkis Xandanyan bildirib.
O bildirib ki, bu məsələ müzakirə mövzusu ola bilməz, çünki Ermənistan vətəndaşları 2021-ci ildə seçki yolu ilə hökuməti təyin edən parlament formalaşdırıblar. Ermənistanda hakimiyyət yalnız demokratik, legitim yolla, 2026-cı ildə keçiriləcək seçkilər yolu ilə dəyişə bilər.
S.Xandanyan onu da qeyd edib ki, baş nazirlə "Vətən uğrunda Tavuş" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan arasında görüş nəzərdə tutulmayıb: "Hansı məsələ ətrafında görüş keçirilməlidir? Hakim partiya belə bir təklif almayıb".