HADİSƏ

Slovakiya Baş nazirinin müavini: Fitsonun həyati təhlükəsi yoxdur

Dünən Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub.
Sputnik
BAKI, 16 may - Sputnik. “Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun həyati təhlükəsi yoxdur”.
“Report” xəbər verir ki, bunu Slovakiya Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi naziri Tomas Taraba deyib.
O, Robert Fitsonun əməliyyatının uğurlu keçdiyini qeyd edib: “Düşünürəm ki, o, sonunda sağ qalacaq. Hazırda onun həyatı üçün təhlükə yoxdur”.
Xatırladaq ki, dünən Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.