BAKI, 16 may — Sputnik. Pravoslavlıq və İslamın ümumi dəyər təməli və əxlaqi prinsipləri var, Rusiya və İslam dünyası birlikdə günahkar hadisələrin təbliğatına qarşıdırlar. Bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill bildirib.
Patriarxın Kazanda baş tutan "Rusiya - İslam dünyası: ədalətli çoxqütblü dünya nizamı və təhlükəsiz inkişaf" strateji baxış qrupunun toplantısının iştirakçılarına müraciəti Rus Pravoslav Kilsəsinin saytında dərc olunub. Qrup görüşü "Rusiya - İslam dünyası: KazanForum" XV beynəlxalq iqtisadi forumu çərçivəsində baş tutur.
Patriarx qeyd edib ki, hazırkı görüşün mövzusu qarşılıqlı hörmət, bərabərlik və etimad prinsipləri əsasında qurulmuş ədalətli və azad cəmiyyətdə yaşamaq istəyən dünya əhalisinin əksəriyyətinin arzu və istəklərini çox dəqiq əks etdirir.
"Dəyişməz mənəvi dəyərlərə və insanların həyatında dini inancın vacibliyinə sadiq qalaraq, Rusiya və İslam ölkələri dünyəvi ideologiyanın hücumuna, günahların təbliğinə və mahiyyət etibarı ilə mənəvi relativizmə qarşı birgə müqavimət göstərirlər" - Patriarx Kirill bildirib.
O xatırladıb ki, rus xalqı min il əvvəl öz dövlətinin və mədəni inkişafının əsası kimi pravoslavlığı seçib və bir az əvvəl Bolqarda İslamın lehinə seçim edilib.
"Müqəddəs Tatarıstan torpağında iki mənəvi ənənə bir-biri ilə sıx bağlıdır, ümumi dəyər təməli və çox şeyə eyni şəkildə baxmağa və dövrümüzün çətin çağırışlarına uğurla cavab tapmağa kömək edən əxlaqi təlimatlara malikdir" - Patriarx Kirill bildirib.