"Belə ki, aprelin 1-nə olan məlumata görə, dövriyyədə olan ödəniş kartlarının sayı 22 faizdən çox artaraq 17,4 milyon ədəd olub, kartlarla aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi 80 faizdən çox artaraq 16 milyard manatı ötüb. Ölkədaxili nağd ödənişlərdə nağdsız dövriyyənin xüsusi çəkisi 11 faizə yaxın artıb. Statistik rəqəmlərdən də göründüyü kimi, əhalinin vərdişlərinin dəyişməsi rəqəmsal ödəniş xidmətlərindən istifadəni artırıb".
"Milyard dolları aşan fintekslər əsasən ABŞ, Britaniya, Hindistan və Çindədir. 2024-2028-ci illərdə finteks strategiyası ilə bağlı məsələlər müzakirə olunmaqdadır. Strategiya qəbul olunanda biz hədəfləri müəyyənləşdiririk. İnanıram ki, Azərbaycanda çox uğurlu şəkildə finteks sənayesini inkişaf etdirəcəyik. Bunun üçün ölkəmizdə bütün lazımi şərait yaradılıb" - V.Qasımlı qeyd edib.