BAKI, 14 may — Sputnik. Mayın 14-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 14-də kim anadan olub?
Vilhelm Steinitz (1836-1900) - Avstriya və ABŞ şahmatçısı, şahmat üzrə ilk dünya çempionudur (1886-1894). O, 1860-1870-ci illərdə Adolf Andersenlə qarşılaşmada qalib gəldikdən sonra dövrünün ən güclü oyunçusu kimi tanınıb.
ABŞ şahmatçısı Vilhelm Steinitz (solda)
© Sputnik
Denni Hyuston (1962) amerikalı aktyor və rejissordur. O, "Anna Karenina", "Qarğa", "Mələyın yıxılması" və s. filmlərdə rol alıb.
Denni Hyuston
© Joel Ryan / Invision / AP
Keyt Blanşett (1969) - avstraliyalı səhnə və kino aktrisasıdır. O, kinoşünaslar və tənqidçilər tərəfindən öz nəslinin ən yaxşı və müxtəlif tərəfli aktrisalarından biri kimi tanınır. Aktrisa "Aviator", "Qalmaqallı gündəlik", "Mən orada deyiləm", "Qızıl əsr" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Keyt Blanşett
© AP Photo / Joel C Ryan
Anna Mixalkova (1974) - Rusiyanın Əməkdar artisti, kinoaktrisa, teleaparıcı, RSFSR Xalq artisti Nikita Mixalkovun böyük qızıdır. O, "Buzqıran", "Marafon", "Adi qadın" və s. filmlərdə rol alıb.
14 May tarixində dünyada baş verən tarixi hadisələr
1607-ci ildə ingilislər Amerikada ilk daimi yaşayış məntəqəsi olan Ceymstaun şəhərinin əsasını qoyublar.
1643-cü ildə Fransa kralı XIII Lüdovikin ölümündən sonra XIV Lüdovik 5 yaşında taxta çıxıb.
1692-ci ildə Rusiyanın ilk hərbi gəmisi suya buraxılıb. Bu gəmi I Pyotrun və Preobrajensk alayının 16 əsgərinin iştirakı ilə ərsəyə gəlib.
2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın qalib gəldikləri 56-cı "Eurovision" mahnı müsabiqəsinin finalı keçirilib.