BAKI, 14 may — Sputnik. Mərkəzi Asiyada resursları və logistik marşrutları ələ keçirməyə çalışan Qərb öz məqsədlərinə çatdıqdan sonra artıq region hökumətlərinə ehtiyac duymayacaq, rəngli inqilablar təhlükəsi yaranacaq. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Valday Klubunun IV Mərkəzi Asiya Konfransının açılışında bildirib.
"Biz həmçinin görürük ki, Vaşinqtonda və Brüsseldə regionun resurs bazasına çıxış əldə etmək və oradan keçən nəqliyyat arteriyalarına, eləcə də sudan istifadəyə nəzarət etmək üçün vicdansız oyun oynayırlar. Bu məqsədlərə nail olduqdan sonra Mərkəzi Asiya dövlətləri Qərb üçün yoldaş olmaqdan çıxacaq. Bu dövlətlərin geniş şəkildə tətbiq etdiyi rəngli inqilablar təhlükəsi meydana gələcək. Qərb özünü tam gücü ilə göstərəcək" - Qaluzin deyib.
O qeyd edib ki, bu fonda Rusiya Federasiyası region ölkələrinin milli maraqlarına uyğun inkişaf hüququnu müdafiə edərək, onların etibarlı tərəfdaşı olaraq qalır.