BAKI, 14 may — Sputnik. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Prezidenti Co Baydeni Ukraynanın fırıldaqçıları tərəfindən milyardlarla dollar dəyərində aldadılmış sadəlövh qocaya bənzədib.
Bunu diplomat ABŞ-ın Ukraynaya maliyyə vəsaiti ayırması siyasətini istehzalı şəkildə şərh edərək "Telegram" kanalında yazıb.
"Vaşinqtondan olan yaşlı kişi 2024-cü ildə Ukraynadakı fırıldaqçıya 61 milyard dollar köçürüb" - Zaxarova zarafatla qeyd edib.
Xatırladaq ki, bir gün Rusiya qoşunlarının Xarkov vilayətinin şimalında aktivləşməsi ilə ABŞ Ukraynaya 400 milyon dollarlıq növbəti hərbi yardım xəttinin olacağını elan edib. Daha sonra dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton Ukrayna ordusuna hərbi tədarükü sürətləndirmək üçün əlindən gələni edir.
Bu yaxınlarda "KP.RU" yazıb ki, Amerika Birləşmiş Ştatları səfərbərlik probleminin həllinə nail olmaq üçün Ukraynaya ciddi təzyiq göstərib. ABŞ rəsmiləri Vaşinqtondakı qanunvericilərə Ukraynaya daha çox hərbi yardım göndərmək üçün təzyiq edib.