BAKI, 13 may — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almatıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqları barədə məlumat verib. Bu barədə Ermənistan XİN rəhbəri ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla birgə brifinqdə bildirib.
"Azərbaycan tərəfi ilə son danışıqlarımız konstruktiv şəraitdə keçib. Mənim qiymətləndirmələrim danışıqların yekunu üzrə tərəflərin birgə bəyanatında öz əksini tapıb. Hazırda daha çox şey söyləmək üçün heç bir əsas yoxdur" - o deyib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb. Nazirlər və onların nümayəndə heyətləri "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər.
Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.
08.05.24, 21:53
Almatı görüşü Almatı prosesinin başlanğıcı olacaqmı?
Qazaxıstan Prezidenti Kasım-JomartTokayevin təşəbbüsü ilə Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq. Görüşdə münaqişədən sonrakı nizamlanma ilə bağlı geniş məsələlərin müzakirəsi planlaşdırılır.
Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq və burada Astananın vasitəçiliyindən söhbət getmir.
Görüşün nəticələri ilə bağlı təəssüratları və görüşlərin Almatı ərazisində davam etdirilməsi ehtimalı barədə mayın 13-də, saat 14:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin təşkil etdiyi videokörpü zamanı müzakirə olunacaq.
Bakıda
- Tanınmış azərbaycanlı politoloq Sahil İsgəndərov,
Astanada
- Siyasi elmlər namizədi, Qazaxıstan Prezidenti yanında milli qurultayın üzvü Talqat Kaliyev.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.