DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Seylon çayının qiyməti 5 dəfə arta bilər

İstilər nəticəsində çoxlu çay məhsulu məhv olub və bir çox çay plantasiyalarına ciddi ziyan dəyib.
Sputnik
BAKI, 8 may — Sputnik. Bu il quraqlıq üzündən Şri-Lankada Seylon çay kollarının zəif məhsul verməsi onun qiymətinin Rusiya, Türkiyə və Avropadakı alıcılar üçün 5 dəfə artmasına səbəb ola bilər.
Bu fərziyyəni "aif.ru" saytına müsahibəsində Şri-Lankanın Qalle şəhəri yaxınlığındakı çay fabrikinin sahibi Malinqa Herman Qunaratne deyib.

"İstilər nəticəsində çoxlu çay məhsulu məhv oldu. Yağışlar mövsümü zamanı, demək olar ki, su yox idi, hər şey qurudu. Bir çox başqa plantasiyalara da ciddi ziyan dəyib. 2022-ci ildə pestisidləri qadağan edən əvvəlki hökumətin axmaq siyasəti ucbatından biz Şri-Lanka tarixində ən aşağı çay məhsulunu əldə etmişik. Adada tamamilə hər şeyin qiyməti artıb. Əgər əvvəllər 25 kq çay yarpağı toplayan qadınlar gündə 2 dollar alırdılarsa, hazırda 5 dollar alırlar. Elektrik enerjisi, odun üçün böyük hesablar – axı, yarpaqlar odun sobalarından istifadə edərək qurudulur. Bütün bunlar birlikdə Seylon çayının qiymətini beş dəfə, hətta daha çox qaldıra bilər", - Qunaratne "aif.ru"ya deyib.

Malinqa Herman Qunaratne əlavə edib ki, qiymət artımından sonra Seylon çayının Vyetnam çayı ilə əvəz olunmasından ehtiyat edir.

"Vyetnam çayının görünüşü əladır, lakin dadı samandan fərqlənmir", – Qunaratne bildirib.

Qeyd edək ki, çay dünya əhalisinin əksəriyyətinin sevimli içkisidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.