Böyük Vətən Müharibəsi başlayanda Səfiyə Mehdiyeva yeddinci sinfi təzəcə bitirmişdi. Günorta vaxtı eşitdiyi dəhşətli həyacan siqnalını günü bu gün də xatırlayır. O zaman hamı müharibənin başlamasını anlamışdı.
"Kişilər müharibəyə getdilər, uşaqlar isə məktəbə gəlmədilər, sinif dağılmışdı. Sonra institutun direktoru bizə, bir neçə qıza təhsilsiz qalmamağımız üçün universitetə qəbul olmağımızı təklif etdi. O zaman biz səkkizinci sinifdə oxumalı idik. Hazırlıq kurslarında təhsil aldıqdan sonra instituta qəbul olduq. 1944-cü ildə universiteti bitirdim və məni rayona müəllim kimi işləməyə göndərdilər" - Mehdiyeva söyləyir.
Arxa cəbhənin qəhrəman uşaqlığının çox çətin keçdiyini qeyd edir. Onun sözlərinə görə, o zaman nə avtobuslar olub, nə də maşınlar. Ancaq hər gün məktəbə əlində yemək çantası ilə 10 km yolu qət etməyə məcbur olub. Mehdiyeva xatırlayır ki, həmin dövrdə adi adamlara 400 qram, işçilərə 600 qram, uşaqlara isə 250 qram çörək verilib.
Səfiyə Mehdiyeva 45 il müəllim kimi fəaliyyət göstərib. O, "Ana Şöhrəti" ordeni ilə təltif edilib (6 uşaq anasıdır). Qəhrəman qadın bir "Əmək veteranı" medalına müharibə illərində, ikinci medala isə müharibə başa çatdıqdan sonra layiq görülüb.