"Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov bu gün Oş vilayətinə işgüzar səfəri çərçivəsində Qırğızıstan vətəndaşalrının iştirakı ilə yeni Janı-Barak kəndinin təməlqoyma mərasimində iştirak edib. Yeni kənddə Barak eksklavından köçürülənlər yaşayacaqlar", - nümayəndənin mətbuat xidmətindən bildirilib.
"Dövlət başçısı müraciətində bu hadisənin bütün qırğızıstanlılar üçün tarixi əhəmiyyətini qeyd edib. Barak kəndi Özbəkistan ərazisində yerləşən eksklav olub və onun sakinləri uzun illər qismən təcrid olunduğuna görə, ciddi çətinliklərlə üzləşiblər. Japarov vurğulayıb ki, Barak sakinlərinin Qırğızıstanın yeni ərazisinə köçürülməsi onların yaşayış şəraitinin və rifahının yaxşılaşdırılması istiqamətində mühüm addım olacaq", - mətbuat xidməti qeyd edib.