BAKI, 6 may — Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub.
Bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə məlumat yayıb.
Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq.
Bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvanda keçirdiyi birgə brifinqdə bildirib ki, Astana İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.