"Çünki Aİ yekcins deyil. Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri normal inkişaf məcrasındadır. Bizim problemimiz Avropa Parlamenti ilə bağlıdır. Oradakı parlamentarilərin böyük bir qismi erməni lobbisi və diasporunun əlində alətə çevrilib. Onlar Avropa dəyərlərini kənara qoyub erməni maraqlarına xidmət göstərirlər. Amma Avropa Komissiyası Azərbaycanla sıx əməkdaşlıq kursunu həyata keçirir. Bu sahədə 2011-ci ildə strateji anlaşma memorandumu da imzalanıb. Azərbaycan 2023-ci ildə Avropaya 8 milyard kub metr qaz satıb. 2024-ci ildə onun 12 kub metrə çatması planlaşdırılır. Növbəti illərdə isə bu həcmin 20 milyard kub metrə çatması qarşıya qoyulan hədəflərdədn biridir".
"Azərbaycan ali siyasi rəhbərliyinin yürütdüyü strateji xətt regiona sülh, əminəmanlıq gətirir. Bu baxımdan rəsmi Brüssel və Bakının mövqeləri üst-üstə düşür. Kompanın səfərində də regional təhlükəsizlik məsələlərinin başlıca müzakirə mövzularından olması heç şübhəsizdir. Cənubi Qafqaz regionu Aİ-nin maraq dairəsindədir. Bununla yanaşı rəsmi Brüssel onun da fərqindədir ki, Azərbaycan müstəqil siyasət həyata keçirir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına cavab verir. Azərbaycan Aİ münasibətlərindəki yaxınlaşma da Rusiyanın əleyhinə deyil. Eyni zamanda Azərbaycan Rusiya münasibətləri Vaşinqtona və Brüsselə qarşı yönəlməyib. Azərbaycan bütün güc mərkəzlərindən bərabər məsafədə dayanıb, öz milli maraqlarını ifadə edir", – millət vəkili fikirlərini yekunlaşdırıb.
"Bunlar sırasında Avropaya qaz nəqlinin 2 dəfəyə qədər artırılmasını nəzərdə tutan sazişin imzalanmasını qeyd edə bilərik. Eyni zamanda Avropa İttifaqı Cənubi Qafqazda sülh, təhlükəsizlik və nizamlanma prosesində də təmsil olunur. Bu istiqamətdə Aİ Şurasının rəhbəri Şarl Mişelin mühüm təşəbbüsləri var idi. Bu təşəbbüslər milli maraqlarımıza da cavab verirdi. Təəssüflər olsun ki, Fransanın destruktiv fəaliyyətləri nəticəsində Brüssel formatına da kölgə salındı. Mənə elə gəlir ki, Aİ regiondakı reallıqları qəbul edərsə, bu formatın yenidən canlanması mümkündür".