BAKI, 3 may — Sputnik. Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb.
Avropa Gimnastikasının təşəbbüsü ilə ilk dəfə baş tutacaq yarışa 34 ölkə təmsilçisi qatılıb.
Milli Gimnastika Arenasında yeni formatda təşkil olunan turnir üç gün davam edəcək. Avropa Kubokunda mükafatçılar fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycanı Avropa Kubokunda Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandası, fərdi yarışda isə Zöhrə Ağamirova və Kamilla Seyidzadə təmsil edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.