BAKI, 2 may — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ-ın İrəvandakı səfiri Kristina Kvin kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə üzrə ikitərəfli sazişin qüvvəsini uzadacaq sənədi imzalayıblar. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, görüş zamanı nazir və səfir müdafiə sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə üzrə Ermənistan-ABŞ sazişi 2000-ci ilin iyulunda Vaşinqtonda imzalanıb.