BAKI, 30 aprel — Sputnik. Aprelin 30-da Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin arasında telefon danışığı olub. bu barədə Rusiya XİN məlumat yayıb.
Xarici işlər orqanlarının rəhbərləri ikitərəfli əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Tacikistan tərəfinə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq terrorizmin qarşısının alınması üçün Rusiya tərəfindən həyata keçirilən tədbirlər barədə əlavə ətraflı məlumatlar verilib.
Rusiya XİN rəhbəri bildirib ki, "Crocus City Hall"da baş verən faciəvi hadisələr Rusiyaya gələn əcnəbi vətəndaşların daha hərtərəfli yoxlanılmasının əsas səbəbidir.
Bildirilib ki, həyata keçirilən tədbirlərin müvəqqəti xarakter daşıması, konkret millətə və ya dinə qarşı yönəlməməsi, keçid məntəqələrində vəziyyətin tədricən normallaşması xüsusi vurğulanıb.
Tərəflər zamanın sınağından çıxmış Rusiya-Tacikistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qayğısına qalmaq, onların müsbət dinamikasını qoruyub saxlamaq və gücləndirmək zərurəti barədə yekdil fikir bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.