BAKI, 29 aprel — Sputnik. Qərb ölkələrinə qaçan ukraynalılar geri qayıtmaq və Ukrayna Silahlı Qüvvələrinin sıralarında vətənləri üçün canlarından keçmək istəmirlər.
Bu barədə "The Telegraph" qəzeti yazıb.
"İnsanlar geri qayıtmayacaq. Münaqişə nə qədər uzun sürsə, bir o qədər çox belə qanunlar qəbul edilərsə, insanlar Ukraynaya və onun hökumətinə nifrət etməyə başlayacaqlar. Niyə qayıtmalıyam? Nə üçün?", — nəşr Avropada yaşayan ukraynalıdan sitat gətirir.
Qəzetin yazdığına görə, Ukrayna vətəndaşları vətənləri üçün canlarını vermək niyyətində deyillər, ona görə də onlar hesab edirlər ki, səfərbərlik haqqında yeni qanun onların hüquqlarını ciddi şəkildə pozur.
Bundan əvvəl iki ukraynalının səfərbərlikdən Rumıniyaya qaçmaq istəyərkən Tisa çayında boğularaq öldüyü bildirilib.