SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan arasında vasitəçi deyilik - Qazaxıstan XİN

Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər.
Sputnik
BAKI, 29 aprel — Sputnik. Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.
"Biz Almatıda bu danışıqları planlaşdırırıq. Biz indi Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq, mən qeyd etmək istərdim ki, biz yalnız xoşməramlı niyyətlər göstəririk, Astananın vasitəçiliyindən söhbət getmir", - Smadiyarov bildirib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana və Ermənistana son səfərləri zamanı bu ölkələr arasında möhkəm uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini qeyd edib. Tokayev həmçinin Qazaxıstanın Bakı və İrəvan arasında danışıqlar üçün platforma yaratmaqla yardım göstərməyə hazır olduğunu açıqlayıb.