DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Stoltenberq: Son aylar müttəfiqlər Ukraynaya vəd etdikləri yardımı vermirlər

Ukrayna Silahlı Qüvvələrinin öz infrastrukturunu Rusiya raket və dronlarından qorumaq üçün, demək olar ki, heç bir imkanı qalmayıb.
Sputnik
BAKI, 27 aprel — Sputnik. ABŞ və Avropa ölkələri son aylarda Ukraynaya və onun ordusuna lazımi dəstək göstərməyiblər.
Bu açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.
Hazırda Almaniyada səfərdə olan baş katibin çıxışı Şimali Atlantika Alyansının saytında yayımlanıb.
"Dürüst olmalıyıq - son aylar NATO müttəfiqləri Ukraynaya kömək etmək vədlərinə əməl etmədilər", - Stoltenberq bildirib.
O, Vaşinqtonun Ukraynaya hərbi yardımı çox uzun müddət gecikdirməsinə xüsusi diqqət çəkib. Ölkədə problemlər var idi - hakimiyyət yeni dəstək paketi ilə bağlı konsensusa gələ bilmirdi.
Bu zaman Avropa ölkələri Kiyevin problemlərindən uzaqlaşıblar. Onlar nəzərdə tutulduğundan daha az avadanlıq çatdırıblar.
Stoltenberq əmindir ki, bu cür hərəkətlərin mənfi nəticələri var. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin öz infrastrukturunu Rusiya raket və dronlarından qorumaq üçün, demək olar ki, heç bir imkanı qalmayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Kiyev yeni silah səngərləri əldə etmək üçün on minlərlə ukraynalının həyatını qurban verib.