BAKI, 25 aprel — Sputnik. ABŞ istehsalı olan "ATACMS" operativ-taktiki raketlərinin Ukraynaya tədarükü xüsusi hərbi əməliyyatın (XHƏ) gedişatına təsir etməyəcək, Rusiya yenə də öz məqsədinə çatacaq.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz məqsədimizə nail olacağıq, lakin bu, Ukraynanın özünə daha çox problem gətirəcək" - Peskov bildirib.
Bu yaxınlarda o, xüsusi hərbi əməliyyat zonasında vəziyyətin aydın və birmənalı olduğunu vurğulayıb.
Rusiya liderinin mətbuat katibi əlavə edib ki, Ukraynaya yeni silah partiyasının göndərilməsi cəbhədəki dinamikanı dəyişməyəcək.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata (XHƏ) başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.