BAKI, 24 aprel — Sputnik. Rusiya Prezident Vladimir Putinin səsləndirdiyi uzun mənzilli raketlərdən qorunmaq üçün Ukraynada "təmiz zona" yaradılması konsepsiyasına sadiqdir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
"Bununla bağlı heç nə dəyişməyib" - o, müvafiq suala cavabında deyib.
Kreml nümayəndəsi əlavə edib ki, Ukraynaya verilən uzaqmənzilli raket silahları və onların cəmləşdiyi yerlərə mümkün hücumlarla mübarizə məsələsi daha çox silahlı qüvvələrin səlahiyyətindədir.
"Bizim bu məsələ ilə bağlı nəsə demək səlahiyyətimiz yoxdur" – Peskov bildirib.
Bundan əvvəl CNN telekanalı ABŞ Konqresindəki mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ-ın Ukraynaya yeni yardım paketinə 290 km mənzilli ATACMS raketləri daxildir. Əvvəllər Vaşinqton Moskva ilə birbaşa münaqişəyə cəlb olunacağından ehtiyat edərək, Kiyevə göndərilən raketlərin uçuş məsafəsini 160 km-ə qədər məhdudlaşdırmışdı ki, Rusiya ərazisində istifadə edə bilməsin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.